• $
  • €
  • ₽
  • ₺
  • £

Honkonqlu astronavt ilk dəfə Çin kosmik missiyası ilə orbitə göndərilib

Honkonqlu astronavt ilk dəfə Çin kosmik missiyası ilə orbitə göndərilib
26.05.2026 09:24

Li Jiaying Shenzhou-23 ilə kosmosa gedən ilk Honkonq sakini olub.

Keçmiş polis əməkdaşı və üç uşaq anası olan 43 yaşlı Li Jiaying Çinin üç nəfərlik heyətində elmi yük üzrə mütəxəssis kimi yer alır.

“Shenzhou-23” kosmik gəmisi bazar günü gecəsi Tiangong kosmik stansiyasına yola düşüb.

Missiya çərçivəsində heyət üzvlərindən birinin orbitdə bir il qalaraq əsas elmi təcrübələrdə iştirak edəcəyi bildirilir. Çin hakimiyyəti həmin astronavtın kim olacağını daha sonra müəyyən edəcək.

“Shenzhou-23” missiyası Çinin kosmik proqramının növbəti mərhələsi hesab olunur. Pekin 2030-cu ilə qədər Aya insan göndərməyi planlaşdırır və bu sahədə ABŞ ilə rəqabət aparır. ABŞ astronavtları 2028-ci ildə Aya qaytarmağı hədəfləyir.

Missiyanın əsas məqsədlərindən biri mikroqravitasiyanın insan orqanizminə təsirini araşdırmaqdır.

Heyətdə Li Jiayinglə yanaşı, 39 yaşlı aerokosmik mühəndis Zhu Yangzhu və keçmiş hərbi pilot Zhang Zhiyuan da yer alır.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol