• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları genişləndirib

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları genişləndirib
29.05.2026 09:30

ABŞ və İran arasında atəşkəsin qorunması və Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının təmin olunması ilə bağlı ilkin razılaşmalara baxmayaraq, Vaşinqton İran neftinin ixracında iştirak edən qurumlara qarşı yeni sanksiyalar tətbiq edib.Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İran nefti və neft məhsullarının daşınmasında iştirak edən səkkiz gəmi sanksiya siyahısına daxil edilib. Bunlar arasında Marşal adaları, Komor adaları və Panama bayraqları altında üzən "Flora", "Hauncayo" və "Ill Gap" tankerları yer alır.

Bundan əlavə, Honkonqda qeydiyyatdan keçmiş "Worth Seen Energy Limited" və Dubayda yerləşən "Symphony Shipping and Maritime Management Inc." daxil olmaqla 15-dən çox şirkətə qarşı məhdudiyyətlər tətbiq olunub.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın neft gəlirlərini artırmasının qarşısını almaqda qərarlıdır. Onun sözlərinə görə, bu vəsaitlər İranın hərbi potensialının gücləndirilməsi üçün istifadə oluna bilər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol