• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır

Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır
30.05.2026 21:12

Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır.

Bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbulda çıxışında deyib.

Tədbirdə Britaniya tərəfindən yüksək səviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb: 

"Fəxr edirəm ki təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcəkdir. Bu prioritetlər iki ölkə arasında artan yüksək səviyyəli səfərlərdə müzakirə edilir".

Britaniyalı nazir bildirib ki getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlğı heç zaman olmadığı qədər önəmlidir.

O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını və dəyərləndirdiyini bildirib.

Britaniyalı nazir ötən ilin dekabrında Azərbaycana səfərini də xoş hisslərlə yada salıb, Azərbaycanın onda dərin təəssürat oyatdığını qeyd edib. 

Britaniya rəsmisi xüsusən Bakı şəhərində qədimilik və yenilik, eləcə də Şərq və Qərbin vəhdətinə, Azərbaycan xalqının mehribanlığına və qonaqpərvərliyinə heyran qaldığını deyərək məhz Azərbaycana səfər etməklə ölkəni daha yaxından tanımaq imkanının olduğuna diqqət çəkib.

Lord Koaker Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev və Azərbaycanlı rəsmilərlə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.

Qeyd edək ki, Lord Koaker dövlət naziri olmaqla yanaşı, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür. Britaniyanın Londonda Müstəqillik gününə həsr olunmuş təbdirdə dövlət naziri səviyyəsində təmsil olunması iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafını vurğulayıb

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol