• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Azərbaycan və Türkiyə ilə qaz anbarlarından istifadəni müzakirə edir

Ukrayna Azərbaycan və Türkiyə ilə qaz anbarlarından istifadəni müzakirə edir
01.06.2026 15:22

Ukrayna Azərbaycan və Türkiyə ilə öz qaz infrastrukturu və yeraltı qaz anbarlarından enerji resurslarının Avropaya çatdırılması üçün istifadə imkanlarını müzakirə edir. Bunu Ukraynanın Baş naziri Denis Şmıhal Bakı Enerji Həftəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Avropa qaz nəqli operatorları şəbəkəsi olan ENTSO-G-yə daxil olan tərəfdaşlarla Avropa bazarı ilə yeni enerji bağlantılarının inkişafı istiqamətində fəal əməkdaşlıq edir.

“Böyük qaz anbarlarımız və güclü elektrik şəbəkəmiz sayəsində Ukraynanın müxtəlif enerji növləri üçün Avropaya çıxış qapısı kimi istifadə olunması məsələsində Azərbaycan və Türkiyə ilə çox yaxşı əməkdaşlığımız və danışıqlarımız var”, - Şmıhal deyib.

O qeyd edib ki, müharibə şəraitində Ukrayna enerji sisteminin mərkəzsizləşdirilməsinə və paylanmış generasiyanın inkişafına üstünlük verir.

Şmıhalın sözlərinə görə, ölkə “enerji hüceyrələri” adlanan konsepsiyanı tətbiq edir. Bu konsepsiya mərkəzi şəbəkə zədələnsə belə, müstəqil fəaliyyət göstərə bilən avtonom enerji qovşaqlarının yaradılmasını nəzərdə tutur.

“Qaz generasiyası gələcəkdir. Strategiyalarımıza əsasən, gələcəkdə qaz generasiyasının ümumi elektrik enerjisi istehsalındakı payı ən azı 25% olacaq”, - Şmıhal bildirib.

Baş nazir vurğulayıb ki, neft və qaz Ukrayna və Avropa üçün həyati əhəmiyyət daşıyır və Xəzər regionu, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol