• $
  • €
  • ₽
  • ₺
  • £

AİB-dən çıxmadan Aİ-yə getmək mümkün deyil - Zaxarova

AİB-dən çıxmadan Aİ-yə getmək mümkün deyil - Zaxarova
03.06.2026 10:58

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın həm Avrasiya İqtisadi Birliyində qalmaq, həm də Avropa İttifaqına inteqrasiya etmək istəyini tənqid edib.

Sputnik radiosuna müsahibəsində Zaxarova Ermənistan rəhbərliyinin mövqeyini hava limanında marşrutunu dəyişmək istəyən sərnişinə bənzədib.

“Təsəvvür edin ki, bütün qeydiyyat və nəzarət prosedurlarından keçmisiniz, təyyarəyə minmək üzrəsiniz. Bu zaman sərnişinlərdən biri qəfildən deyir ki, əvvəl seçdiyi istiqamətə yox, başqa bir nöqtəyə getmək istəyir”, – o bildirib.

Zaxarova qeyd edib ki, Ermənistanın AİB-də qalaraq Aİ-yə qoşulmaq niyyəti “iki stulda oturmaq cəhdi”ndən də artıqdır.

“Əgər B nöqtəsindən C nöqtəsinə getmək istəyirsinizsə, bu mümkündür. Amma bunun öz qaydaları və logistikası var. Seçiminizi dəyişmək istəyirsinizsə, bunun da mədəni və aydın yolu mövcuddur”, –  Rusiya XİN sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, hər hansı inteqrasiya modelinin dəyişdirilməsi açıq və ardıcıl qərar tələb edir, eyni vaxtda fərqli inteqrasiya platformalarında qalmağa çalışmaq isə suallar yaradır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol