• $
  • €
  • ₽
  • ₺
  • £

İran hava məkanını açıb - Yenilənib

İran hava məkanını açıb - Yenilənib
08.06.2026 21:17

İranda hava məkanında uçuşlara tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Qurumun bəyanatında bildirilib ki, təhlükəsizlik şəraitinin təmin olunması və aidiyyəti qurumlarla zəruri koordinasiyanın başa çatdırılmasından sonra məhdudiyyətlər ləğv edilib, ölkənin aviasiya fəaliyyəti mərhələli şəkildə normal iş rejiminə qaytarılır.

***

İran hökuməti ölkənin hava məkanını bağladığını və bütün daxili reyslərin ləğv edildiyini açıqlayıb.Bu barədə "Al-Jazeera" "Mehr" informasiya agentliyinə istinadən məlumat yayıb. 

Bildirikib ki, məhdudiyyətlər növbəti göstərişədək qüvvədə qalacaq.

Qərar İran və İsrail arasında son hərbi gərginliyin fonunda qəbul edilib. İran iyunun 8-nə keçən gecə İsrailə raket zərbələri endirib. Tehran hücumları İsrail ordusunun Livanda "Hizbullah"a qarşı davam edən əməliyyatlarına cavab kimi qiymətləndirib.

Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə zərbələr endirdiyini bildirib.

ABŞ Prezidenti Donald Trump "Truth Social" platformasında tərəfləri qarşılıqlı hücumları dərhal dayandırmağa çağırıb. Bundan qısa müddət sonra İran İsrailə qarşı zərbələri dayandırdığını bəyan edib. Bununla yanaşı, Tehran Livanda vəziyyətin gərginləşəcəyi təqdirdə yeni hücumlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol