• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Amerika helikopterinə endirilən zərbəyə cavab verəcək - Tramp

ABŞ Amerika helikopterinə endirilən zərbəyə cavab verəcək - Tramp
09.06.2026 22:15

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazı yaxınlığında Amerika hərbi helikopterinə endirilən zərbəyə cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

ABŞ prezidentinin sözlərinə görə, İran qüvvələri ötən gecə Hörmüz boğazı ərazisində patrul xidməti aparan ABŞ-yə məxsus "AH-64 Apache" hücum helikopterini vurub.

"Silahlı Qüvvələrimiz mənə indicə məlumat verdi ki, iranlılar ötən gecə Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı 'Apache' helikopterlərimizdən birini vurublar. Göyərtədə olan iki pilot təhlükəsizdir və xəsarət almayıb. Bununla belə, ABŞ bu hücuma müvafiq reaksiya verməlidir", - Tramp yazıb.

Bundan əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ-yə məxsus "AH-64 Apache" helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını bildirmişdi. Nəşr insidentin səbəbinin həmin vaxt açıqlanmadığını qeyd etmişdi.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol