• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib

ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib
10.06.2026 09:13

ABŞ İranın hava hücumundan müdafiə sistemləri və hərbi komanda məntəqələrinə qarşı zərbələr endirib. Vaşinqton əməliyyatın İranın Hörmüz boğazında ABŞ hərbi helikopterini vurmasına cavab olaraq həyata keçirildiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanatında əməliyyatı “İranın səbəbsiz təcavüzünə mütənasib cavab” kimi qiymətləndirib. Komandanlığın məlumatına görə, zərbələr bazar ertəsi ABŞ-a məxsus helikopterin vurulmasından sonra İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqələri və radar stansiyalarını hədəf alıb.

CENTCOM əməliyyatın başlanmasından təxminən üç saat sonra missiyanın başa çatdığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bir gün əvvəl İranın Hörmüz boğazında patrul missiyası yerinə yetirən ABŞ-a məxsus “Apache” helikopterini vurduğunu bildirmişdi. O, Truth Social platformasında paylaşımında hadisə zamanı helikopterdə olan iki pilotun sağ qaldığını qeyd edərək, Vaşinqtonun bu hücuma cavab verəcəyini yazmışdı.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın hücumlarını şərh edərək bildirib ki, İran silahlı qüvvələri ölkəyə qarşı hər hansı hücuma cavab verəcək.

“Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ bizim qətiyyətimizi sınamaq qərarına gəldi. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, – Əraqçi sosial şəbəkədə yazıb. O əlavə edib ki, xarici qüvvələr regionu tərk etməlidir.

İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın zərbələrinə cavab olaraq regiondakı ABŞ hərbi obyektlərinə qarşı əməliyyat keçirdiyini bildirib. İİKK Bəhreyn və İordaniya daxil olmaqla, ABŞ-a məxsus hərbi bazalardakı 21 hədəfin vurulduğunu açıqlayıb.

Küveyt hakimiyyəti isə ölkədə yerləşən ABŞ hərbi obyektlərinə yönəlmiş hücumların qarşısının alındığını bildirib.

ABŞ rəsmiləri İranın bazalara hücumu ilə bağlı iddialara hələlik münasibət bildirməyib. Hücumlar nəticəsində hər hansı itki və ya ziyanın olub-olmadığı məlum deyil.

Bəhreyn hakimiyyətinin məlumatına görə, ölkədə hava həyəcanı elan edilib və İran tərəfindən atıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının qarşısı alınıb.

ABŞ və İran arasında gərginlik son aylarda Hörmüz boğazında təhlükəsizlik insidentlərinin artması fonunda yüksəlib. Qlobal neft daşımalarının əhəmiyyətli hissəsinin həyata keçirildiyi strateji boğaz uzun illərdir Vaşinqton və Tehran arasında qarşıdurma nöqtələrindən biri hesab olunur.

ABŞ regionda Bəhreyn, Küveyt, Qətər və digər Körfəz ölkələrində hərbi bazalar saxlayır. İran isə bu bazaları ABŞ-ın bölgədəki hərbi mövcudluğunun əsas dayaqları kimi qiymətləndirir və münaqişə halında onları potensial hədəf adlandırır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol