• $
  • €
  • ₽
  • ₺
  • £

NYT: Tramp ailəsi ilə əlaqəli investorlar Qazaxıstandakı volfram layihəsində pay əldə ediblər

NYT: Tramp ailəsi ilə əlaqəli investorlar Qazaxıstandakı volfram layihəsində pay əldə ediblər
29.06.2026 12:01

ABŞ prezidenti Donald Trampın oğullarına qismən məxsus olan şirkətlə əlaqəli investorlar Qazaxıstanda həyata keçirilən iri volfram mədən layihəsi ilə bağlı müəssisədə 20%-lik pay əldə ediblər. Bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ötən ilin sentyabrında ABŞ administrasiyası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə danışıqlar apararaq ABŞ şirkətinin dünyanın ən böyük işlənməmiş volfram yataqlarından birinə çıxış əldə etməsinə dəstək verib.

The New York Times iddia edir ki, sonradan Donald Trampın böyük oğulları Donald Tramp Jr. və Erik Trampın qismən sahib olduqları Dominari Securities ilə əlaqəli investorlar digər tərəfdaşlarla birlikdə layihə üzrə yaradılmış korporativ strukturda 20%-lik pay əldə ediblər.

Qəzetin məlumatına əsasən, Cantor Fitzgerald də layihənin maliyyələşdirilməsində iştirak edib. Bildirilir ki, şirkət Qazaxıstan layihəsində Dominari Securities ilə əməkdaşlıq edən əsas investorlardan biri ilə əlaqəli qurum üçün 210 milyon dollar vəsaitin cəlb olunmasına kömək edib.

Məlumata görə, Cantor Fitzgerald şirkəti ABŞ-ın Ticarət katibi Hovard Latnikın ailəsi tərəfindən idarə olunur, şirkətin fəaliyyətinə isə onun oğulları Brandon və Kayl Latnik rəhbərlik edirlər.

The New York Times yazır ki, sövdələşmə ABŞ administrasiyasının Mərkəzi Asiyada strateji əhəmiyyət daşıyan kritik minerallara çıxışını genişləndirmək siyasəti fonunda baş tutub. Volfram müdafiə sənayesi, elektronika və yüksək texnologiyalar istehsalında istifadə olunan əsas xammallardan hesab edilir. Nəşrin irəli sürdüyü iddialarla bağlı Ağ Ev və xəbərdə adı çəkilən şirkətlər tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol