• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ hərbi əməliyyatları ilə bağlı Körfəz ölkələrinə xəbərdarlıq edib

İran ABŞ hərbi əməliyyatları ilə bağlı Körfəz ölkələrinə xəbərdarlıq edib
24.07.2026 00:08

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv bəzi ölkələrin və İordaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyini bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb. 

Bəqai bildirib ki, əgər ABŞ tərəfinin bu iddiası həqiqətə uyğun deyilsə, adıçəkilən ölkələr bunu rəsmi şəkildə təkzib etməlidirlər.

Onun sözlərinə görə, həmin ölkələrin ABŞ-nin hücumları üçün öz ərazilərindən istifadəyə imkan verməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları münaqişədə iştirakçı tərəfə çevirir və bu, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin, eləcə də mehriban qonşuluq prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bəqai əlavə edib ki, bu halda İranın həmin ölkələrdə yerləşən ABŞ hərbi bazalarına və obyektlərinə qarşı özünümüdafiə hüququ yaranır. 

İran XİN sözçüsü bildirib ki, Tehran regionda təhlükəsizlik və sabitliyin bərpasını təmin etmək məqsədilə özünümüdafiə hüququndan istifadə etməyi zəruri hesab edir.

Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol