• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib

İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib
25.07.2026 21:29

İspaniyanın mərkəzi bölgələrində davam edən meşə yanğınları səbəbindən təxliyə olunanların sayı 70 mini keçib. Təkcə son sutka ərzində daha 25 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.

"The Guardian" nəşri xəbər verir ki, bu barədə İspaniya hökumətinin nümayəndəsi Fransisko Martin məlumat yayıb.

Onun sözlərinə görə, 20 mindən çox sakinə isə evlərini tərk etməmək tapşırılıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, təxliyə edilənlərin əksəriyyəti Madrid ətrafındakı yaşayış məntəqələrində və Avila vilayətində yaşayır. Bölgədə milli səviyyəli fövqəladə vəziyyət elan olunub.

Qonşu Fransada iyunun əvvəlindən anomal istilər səbəbindən meşə yanğınları başlayıb. İyulun ortalarında oxşar vəziyyət İspaniyada da yaranıb. Hər iki ölkədə ümumilikdə 260 mindən çox insan təxliyə edilib. İspaniyanın AEMET meteorologiya agentliyi yanğın təhlükəsinin ölkə ərazisinin böyük hissəsində və Balear adalarında da yüksək olaraq qaldığını bildirib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol