• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan hökuməti yeni parlamentin ilk iclası günü istefa verib

Ermənistan hökuməti yeni parlamentin ilk iclası günü istefa verib
02.08.2026 11:15

Ermənistan hökuməti yeni seçilmiş Parlamentin IX çağırışının ilk iclası günü Konstitusiyanın tələbinə uyğun olaraq istefa verib.

Baş nazir Nikol Paşinyan hökumətin istefası ilə bağlı müraciəti imzaladığını açıqlayıb. Onun sözlərinə görə, sənəd Konstitusiyanın 158-ci maddəsinə əsasən ölkə prezidentinə göndəriləcək və prezident hökumətin istefasını qəbul edəcək.

Paşinyan bildirib ki, yeni hökumət formalaşdırılanadək hazırkı Nazirlər Kabinetinin üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.

Baş nazir qeyd edib ki, Konstitusiyanın 149-cu maddəsinə əsasən, yeni seçilmiş parlamentin səlahiyyət müddəti başladıqdan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd prezident tərəfindən dərhal baş nazir təyin olunacaq. Onun sözlərinə görə, parlament çoxluğu baş nazir postuna namizədi bu gün prezidentə təqdim edəcək.

Ermənistan Konstitusiyasına əsasən, yeni seçilmiş parlamentin ilk iclası günü hökumət istefa verməlidir. Bunun ardınca parlament çoxluğu baş nazir vəzifəsinə namizəd irəli sürür, prezident isə həmin namizədi təyin edir. Yeni hökumət formalaşdırılanadək əvvəlki hökumət fəaliyyətini müvəqqəti olaraq davam etdirir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol