• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxındır

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxındır
05.08.2026 11:05

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmanın imzalanmasına yaxındır. Bu barədə Axios portalı məlumat yayıb.

Məlumata görə, Vaşinqton razılaşmanı çərşənbə günü rəsmi şəkildə elan etməyi planlaşdırır.

Bildirilir ki, saziş ABŞ və İran arasında atəşkəsin bərpasını və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur. ABŞ Prezidenti Donald Tramp diplomatik səylərə imkan yaratmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatları dayandırsa da, razılıq əldə olunmayacağı təqdirdə yenidən zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Axios-un məlumatına əsasən, müzakirə olunan sənəd Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında 60 günlük müvəqqəti razılaşmanı əhatə edir. Regional mənbələrin bildirdiyinə görə, bu müddətdə Fars körfəzinə daxil olan gəmilər İran sularından keçən şimal marşrutu ilə, əks istiqamətdə hərəkət edən gəmilər isə Oman sularından keçən cənub marşrutu ilə üzəcək.

Razılaşma çərçivəsində boğazdan keçən gəmilərdən hər hansı rüsum və ya əlavə ödəniş alınmayacaq. Bundan başqa, tərəflərin Hörmüz boğazının orta hissəsinin 30 gün ərzində dəniz minalarından təmizlənməsi istiqamətində birgə fəaliyyət göstərməsi planlaşdırılır.

Bununla yanaşı, Ağ Ev və vasitəçilər razılaşmanın yekunlaşmasına ehtiyatla yanaşırlar. Belə ki, bir neçə həftə əvvəl İranın yeni hücumları səbəbindən oxşar razılaşma baş tutmamışdı.

Məlumata görə, son günlər ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Bədr əl-Busəidi arasında intensiv danışıqlar aparılıb. İran rəhbərliyinin isə çərşənbə axşamı razılaşmanın təsdiqlənməsi prosesini başa çatdırdığı bildirilir.

Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünya neft ticarətinin təxminən beşdə birinin həyata keçirildiyi strateji dəniz yoludur. ABŞ ilə İran arasında gərginliyin artması fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi beynəlxalq ictimaiyyətin əsas narahatlıqlarından birinə çevrilib. Oman uzun illərdir Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayır və tərəflər arasında dolayı danışıqlara ev sahibliyi edir. ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar son illərdə dəfələrlə dayanıb və yenidən bərpa olunub.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol