Moskva polisi "topdansatış"da yoxlamaya başlayıb

Moskvanın şimal-qərbində yerləşən topdansatış tərəvəz bazarında polislər gözlənilmədən yoxlamalara başlayıb.
ANS PRESS-in “Ria-Novosti”yə istinadən verdiyi məlumata görə, içi polislərlə dolu bir neçə avtobus Dmitrov şossesində, “Şimal” qəsəbəsinin yaxınlığında yerləşən bazarının həyətinə gəliblər.
Onlar əsasən bazarda çalışan miqrantların sənədlərini yoxlayırlar.
ANN.Az
























