• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Paşinyan: Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər
13.08.2026 13:36

Azərbaycan nümayəndələri indiyədək iki dəfə Ermənistana səfər edərək birgə işçi proseslərində iştirak ediblər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan jurnalistlərə açıqlamasında xatırladıb ki, ilk belə səfərlə bağlı məlumat 2025-ci il sentyabrın 5-də yayılıb. Onun sözlərinə görə, həmin vaxt Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşü keçirilib və hər iki ölkənin ərazisində iş prosesləri baş tutub.

Baş nazir qeyd edib ki, yanvarın 15-də ikinci səfər də baş tutub və bu dəfə müzakirələrin əsas mövzusu dəmir yolu infrastrukturu olub.

“Biz əvvəllər də demişdik ki, elektrik xətləri, boru kəmərləri, kabellər və dəmir yolları üzərində işləyirik. Bu istiqamətlər üzrə ikitərəfli işlər aparılır”, - Paşinyan bildirib.

Ermənistan və Azərbaycan Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun bərpası üzrə texniki əməkdaşlığı davam etdirir. Tərəflər son bir ildə dəmir yolu, elektrik ötürücü xətləri və digər regional bağlantı layihələri üzrə birgə işçi görüşləri keçirdiklərini təsdiqləyiblər.

Gülnar nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol