• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarələrinin satışını təsdiqləyib

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarələrinin satışını təsdiqləyib
21.08.2026 14:55

 

ABŞ Dövlət Departamenti Qətərə 4,5 milyard dollar dəyərində dördədək KC-46A tanker təyyarəsi və əlaqəli avadanlıqların mümkün satışını təsdiqləyib.

Potensial müqavilə çərçivəsində Qətərə dördədək KC-46A təyyarəsi, səkkiz PW4062 turbofan mühərriki, radar xəbərdarlıq qəbulediciləri, lazer ötürücü qurğuları, infraqırmızı əks-tədbir sistemləri və digər avadanlıqların, eləcə də təlim və logistika xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.

ABŞ Dövlət Departamenti bildirib ki, mümkün satış Qətərin müdafiə imkanlarını və ABŞ və müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq, həmçinin ölkənin regional təhlükəsizlikdə strateji rolunu gücləndirəcək.

Departamentin açıqlamasına görə, sövdələşmə regionda əsas hərbi balansı dəyişdirməyəcək.

Bu, hələ yekun müqavilə deyil və satışın şərtləri üzrə danışıqların aparılması nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol