• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Köçəryan işi üzrə ittiham olunub

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Köçəryan işi üzrə ittiham olunub
25.08.2026 15:26

 

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Robert Köçəryanla bağlı araşdırılan cinayət işi çərçivəsində ittiham olunub.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Sarkisyana 2003-cü il tarixli Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.

Sarkisyanın adı Robert Köçəryan və onun ailə üzvləri ilə bağlı araşdırılan korrupsiya işi üzrə cinayət təqibinə cəlb olunan şəxslər sırasında yer alıb. Komitə daha əvvəl Köçəryanın dövlət əmlakının müxtəlif sxemlər vasitəsilə bazar qiymətindən xeyli aşağı qiymətə əldə edilməsində və sonradan həmin əmlakların mənşəyinin gizlədilməsində iştirak etdiyini iddia edib.

Köçəryan avqustun 25-də saxlanılıb, onun böyük oğlu Sedrak Köçəryan da eyni iş üzrə həbs edilib. Daha sonra Köçəryanın səhhəti pisləşdiyi üçün xəstəxanaya aparıldığı bildirilib.

Sarkisyan isə avqustun 25-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. O, binaya daxil olarkən jurnalistlərə hansı iş üzrə çağırıldığından xəbərsiz olduğunu deyib.

Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub. Robert Köçəryan isə 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edib. Hazırkı araşdırma Köçəryanın prezidentliyi dövründə dövlət əmlakı ilə bağlı olduğu iddia edilən əməliyyatları əhatə edir. İttihamlar üzrə araşdırma davam edir.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol