• $
  • €
  • ₽
  • ₺
  • £

Yanukoviç Avropa Birliyinin şərtlərini alçaldıcı adlandırdı

Yanukoviç Avropa Birliyinin şərtlərini alçaldıcı adlandırdı
27.11.2013 09:27
 "Avropa Birliyinin Ukrayna üçün ayıracağı maliyyə yardımının şərtlərini alçaldıcıdır".APA-nın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib. “Assosiasiya haqqında sazişdə Ukraynaya 610 mln. avro məbləğində texniki maliyyə yardımı nəzərdə tutulub. Bu yardım  2010-cu ildən göstərilməli idi. Onlar bu “qəşəng konfeti” bizə 3 il nümayiş etdirərək daim deyiblər: siz onu yalnız Beynəlxalq Valyuta Fondu ilə saziş bağlayacağınız təqdirdə alacaqsınız. Mən kobud görünmək istəmirəm, lakin bizi bu cür alçaltmaq olmaz. Biz – ciddi, Avropa ölkəsiyik”, deyə prezident bəyan edib.    Qeyd edək ki, Ukraynanın baş naziri Nikolay Azarov ötən gün açıqlamasında bəyan edib ki, AB ilə assosiasiya haqqında sazişin imzalanmasının “dondurulmasını” Rusiya tələb edib. O həmçinin Moskva ilə Kiyev arasında hər hansı bir kredit və ya qaz tariflərinə dair sövdələşmənin olmadığını qeyd edib. Azarovun sözlərinə görə, hökumətin belə bir qərar verməsinin səbəbi Moskvanın təzyiqi və AB ilə Beynəlxalq Valyuta Fondunun əlverişli şərtlər əsasında Ukraynaya maliyyə yardımı ayırmaqdan boyun qaçırması ilə bağlıdır.    Rusiya prezidenti Vladimir Putin, öz növbəsində, Kiyevin Avropa Birliyi ilə assosiasiya sazişindən imtina etməsi qərarına cavab olaraq Ukraynalı həmkarı Viktor Yanukovuç ilə iki dövlət arasında qaz sazişinin yenidən baxılması məsələsini müzakirə etmədiyini bəyan edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol