• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə 50 il sonra məhv olacaq

Bu ölkə 50 il sonra məhv olacaq
26.11.2013 18:52
Ən yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi 2 metr hündürlükdə olan Kiribati qlobal iqlim dəyişikliklərinin fəsadlarının ən bariz nümunəsi sayılır. 32 adadan ibarət arxipelaqda yerləşmiş bu ölkənin 50 il sonra sul altında qalaraq məhv olacağı deyilir.Milli.Az Reuters-ə istinadən bildirir ki, Okeaniyada yerləşən Kiribati mərcan adaları, palmalar, mərcan qayalıqları ilə zəngindir. Bu arxipelaq-dövlətdə yaşayanların əksəriyyəti balıqçılıqla yaşayır.Kiribati həm də əhalinin ən sıx olduğu dövlətlərdən biridir. Belə ki, ölkə əhalisinin sayı 110 min nəfərdir. Onların yarısı bir gölün, mərcan qayalıqlarının və bərzəxlərin bir-birinə bağladığı kiçik adalardan ibarət Cənubi Travada yaşayır.Kiribati 1970-ci ildə Britaniya müstəmləkəçiliyindən qurtulandan sonra əhalisi sürətlə artmağa başlayıb, okean sahillərində yeni kəndlər və qəsəbələr yaranıb.Ərazinin az olması kənd təsərrüfatı sahələrinin azalmasına, əhalinin idxaldan asılı qalmasına səbəb olub.Kiribati prezidenti Anote Tonqun dediyinə görə, okena sularının adaların içlərinə sızması nəticəsində içməli su mənbələri sürəkli azalır."Adaları su basır, içməli su mənbələri məhv olur. Adaların əksəriyyətində belə vəziyyətdir", - Tonq deyib.Taravanın şimalında, təxminən 10 min nəfərin yaşadığı Abaianq adlı qəsəbə okean dalğalarının altında qalaraq yox olub.Cənubi Taravadakı yolları qorumaq üçün onların kənarlarına qum doldurulmuş kisələr qoyulub. Fəqət, ekspertlərin dediklərinə görə, qum kisələri okean sularının qarşısını çox ala bilməyəcək.Dünya Bankı və BMT Kiribatiyə yardım etməyə çalışsa da, bu yardımlar tərs effekti verir. Məsələn, Taravada içməli su borusu və keçidi qorumaq üçün onların ətrafına beton divarlar çəkilib. Kiribati İctimai İşlər və Nəqliyyat Nazirliyinin əməkdaşı, mühəndis Klif Jullera deyir: "Həmin divar o bölgədəki içməli su mənbələri məhv etdi. Dünya Bankı ilə BMT-nin proqramları dəqiq hesablanmadığından ciddi problemlərə, fəsadlara səbəb olur".Bütün bunlarla yanaşı, Kiribatidə yaşayış məskənlərinin kənarlarını su basması nəticəsində bakterial infeksiyalar və yoluxucu xəstəliklər sürətlə yayılmağa başlayıb. "Nə edəcəyimizi bilmirik. Bizə deyirlər ki, 50 il sonra Kiribati su altında qalacaq. Problemlərlə təkbaşına mübarizə aparmaq, ölkəmizi qorumaq imkanlarına sahib deyilik. Sanki dünya bizdən üz döndərib", - Kiribati prezidenti Anote Tonq söyləyib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol