• $
  • €
  • ₽
  • ₺
  • £

XXI əsrin ən nəhəng kometi Günəşə yaxınlaşır

XXI əsrin ən nəhəng kometi Günəşə yaxınlaşır
25.11.2013 12:33
 XXI əsrin ən parlaq kometi hazırda Günəşə yaxınlaşır.Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA-ya bildirib ki, izlənilməsi gündəmdə olan “İson” adlı komet diametrinin  böyüklüyü ilə yanaşı, parlaqlığı ilə də seçilir. Vaqif Xəlilovun sözlərinə görə, diametri 3 kilometr olan nəhəng göy cismini yanvar ayının ortalarınadək Şamaxı Astrofizika Rəsədxanasından müşahidə etmək mümkün olacaq. Komet dekabrın 26-da yerə ən yaxın məsafəyə çatacaq. Vaqif Xəlilov deyir ki, komet 2012-ci ilin sentyabrında aşkarlanıb. Göy cismi hazırda Günəşə yaxınlaşır. XXI əsrin ən parlaq kometi olan göy cisminin mülahizələrə görə Ay parlaqlığında olacağı ehtimal olunur. Noyabr, dekabr və yanvar ayları onu müşahidə üçün ən münasib vaxtdır. Dekabrın 26-da Yer kürəsi ilə həmin komet arasında məsafənin 60 milyon km olacağını deyən V. Xəlilov bildirib ki, həmin vaxt kometin ən parlaq görünən vaxtı olacaq. Rəsədxanada “İson” kometini hər gün səhər tezdən gün çıxmamış müşahidə etmək olar: “Amma indi zəif görünür, dekabrın ortalarında isə onu gözlə də görmək olacaq. Ən əlverişli müşahidə üçün şərait isə yanvarın 5-dən 10-dək yaranacaq. Həmin vaxt komet Günəşdən uzaqlaşmağa başlayacaq və həmin vaxt hər gün axşam saatlarında normal müşahidələr aparmaq mümkün olacaq”. Elmi katib kometin Yer kürəsinə təsir etməyəcəyini və uzaqda olduğu üçün təhlükəsiz hesab edildiyini də bildirib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol