Türkiyədə avtobusla yük maşını toqquşub, 11 nəfər ölüb

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Yerli mətbuat xəbər verir ki, qəza oktyabrın 11-də Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar ödəniş məntəqəsi yaxınlığında baş verib.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
























