• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət liderinin həyat yoldaşı: “Onun həyatı təhlükədədir”

Müxalifət liderinin həyat yoldaşı: “Onun həyatı təhlükədədir”
15.11.2013 15:55
İran müxalifətinin liderlərindən biri, üç ildən çoxdur, ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin həyat yoldaşı Fatimə Kərrubi videomüraciət yayıb.APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, o, ərinin mövcud durumundan danışıb. F. Kərrubi videomüraciətində bildirib ki, bir İslam dövlətində həyat yoldaşının üç ildən çoxdur heç bir ittiham irəli sürülmədən və məhkəmənin qərarı olmadan həbsdə saxlanılması təəssüf doğurur: “Mehdi Kərrubi həbsdə saxlanılırsa, hökumət həbsin şərtlərinə və çərçivəsinə əməl etməlidir. Yox əgər həyat yoldaşım girov kimi saxlanılırsa, onunla girovluğun şərtləri ilə rəftar olunmalıdır. Bizim narahatlığımız Mehdi Kərrubinin həbsi ilə bağlı deyil. Mən həyat yoldaşımın fiziki vəziyyətindən nigaranam. Çünki onun həyatı təhlükədədir”. Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında saxlanılsa da, ancaq M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. M. Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi İran prezidenti Həsən Ruhanidən atasının ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol