• $
  • €
  • ₽
  • ₺
  • £

Obamanın təhlükəsizlik xidmətində seks qalmaqalı

Obamanın təhlükəsizlik xidmətində seks qalmaqalı
14.11.2013 09:49

Amerikanın gizli xidmət orqanlarında yeni seks-qalmaqalı ortaya çıxıb.

AzNews.az “The Washington Post”a istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarında aparılan daxili araşdırma zamanı iki yüksək rütbəli əməkdaşla bağlı ilginc faktlar aşkarlanıb. 

Hər iki əməkdaş cəzalandırılıb. Söhbət ABŞ prezidentinin təhlükəsizliyini təmin edən şöbənin yüksək rütbəli əməkdaşlarından gedir. 

Araşdırma nəticəsində İqnasio Samora və Timoti Barrakloy öz yüksək postlarını itirib. Barrakloy həm də başqa şöbəyə göndərilib. 

Araşdırmaya görə, Samora bu ilin mayında qeyri-iş günündə “Hay-Adams” mehmanxanasının barında bir qadınla tanış olub və daha sonra vaxtını onun nömrəsində keçirib. Burada o, tabel silahını açıb və bir patronunu unudub. 

Daha sonra bunu fərq edərək qadının yanına qayıdıb, ancaq qadın onu içəri buraxmayıb. Samora öz xidməti vəsiqəsini təqdim edərək otelin administrasiyasından qadının nömrəsinə daxil olmaq üçün kömək istəyib. Otel rəhbərliyi isə bu barədə Ağ Evi məlumatlandırıb. 

Bundan başqa Samoranın telefonunda tabeliyində olan əməkdaşlardan birindən gələn seksual xarakterli mesaj aşkar edilib. Belə mesajların şöbənin başqa bir yüksək rütbəli əməkdaşı Barrakloya gəldiyi də müəyyən edilib. 

Qeyd edək ki, ötən il Barak Obamanın Kolumbiyaya səfəri zamanı onun təhlükəsizlik xidmətinin 11 əməkdaşının fahişələrlə əyləndiyi ortaya çıxmışdı. 

Onlar qadınları Kartaxen şəhərində otelə dəvət etmişdilər. Bu zaman onların mühafizə etdikləri prezident bu şəhərdə sammitdə iştirak edirdi. 

Təhlükəsizlk xidməti əməkdaşlarının bu əməli isə qadınlardan birinin daha yüksək haqq tələb etməsindən sonra ortaya çıxmışdı və 12 agent işini itirmişdi.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol