Narkobaronun evi muzeyə çevrilir

ANN.Az xəbər verir ki, Kolumbiyanın ikinci böyük şəhəri olan Medelində öldürülən narkobaron Pablo Eskobarın evi ya muzeyə, ya da hotelə çevrilə bilər.Hazırda əla vəziyyətdə olan və 5 yataq otaqlı mülk üçün 250 min dollar tələb edilir.Eskobar ötən əsrin 80-ci illərində ABŞ-da ən çox axtarışda olan narkotik maddə ticarətçilərindən biri olub. O, 1993-cü ildə öldürülüb və bununla da narkoticarət dünyasında "Medelin karteli"nin hakimiyyəti də başa çatıb.Hazırda isə narkobaronun həyatının son anlarını yaşadığı ev çox girişli-çıxışlı olub. Ölkəyə gələn turistlər, elə yerli kolumbiyalılar da Eskobarın yatdığı çarpayını və öldürüldüyü çardağı görməyə çox can atırlar. Turistlərin bəzi otaqlara daxil olmasına icazə verən hazırkı mülkiyyətçi Omar Restrepo narkobaronun yatdığı otağına heç kimi buraxmaq istəmir. Restrepo bu mülki 2008-ci ildə alıb və həmin zaman ev tamamilə sökük-tökük vəziyyətdə olub. Çünki uzun müddət sahibsiz qalan mülkdə narkomaniya ilə məşğul olan adamlar və evsiz-eşiksiz adamlar yaşayıb. O.Restrepo evi əsaslı şəkildə təmir etdirib və ilk dəfə 2012-ci ildə satışa çıxarıb. Kolumbiyalı narkotik qaçaqçısı olan Eskobar narkotikadan əldə etdiyi gəlirlə 1989-cu ildə "Forbes" jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilib. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməyib. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən əksər Medellinlilər onu hələ də müsbət şəxs kimi xarakterizə edirlər.ANN.Az
























