• $
  • €
  • ₽
  • ₺
  • £

Pulla vətəndaşlıq ala biləcəyiniz ölkələr - Siyahı

Pulla vətəndaşlıq ala biləcəyiniz ölkələr - Siyahı
27.11.2014 22:59

Avstriyada fondlara 2 milyon avroluq ianələr qarşılığında da vətəndaşlıq hüququ verilir.

Hansı dünya ölkəsində və nə qədər məbləğ qarşılığında vətəndaşlıq hüququna yiyələnə bilərsiniz? Bu sualın cavabını aşağıdakı təqdim etdiyimiz siyahıda baxa bilərsiniz.

ANN.Az Axar.az-a istinadən dünyanın 14 ölkəsində vətəndaşlıq hüququna yiyələnməklə bağlı tələb edilən şərtləri təqdim edir:

1. Dominikan Respublikası: 100 min dollar qarşılığında bu hüquqa yiyələnə bilərsiniz. Ailə varsa, bu məbləğ 200 min dollara qalxır.

2. Kanada: 400 min dollarlıq kapital qoyuluşu ilə yanaşı, 800 min dollarlıq mal varlığı tələb edilir.

3. Avstriya: 6-10 milyon avroluq investisiya yatırtmaq lazımdır. Fondlara 2 milyon avroluq ianələr qarşılığında da vətəndaşlıq hüququ verilir.

4. Qvatemala: 50 min dollarlıq sərmayə vətəndaşlıq üçün yetərlidir.

5. Honq-Konq: Təxminən 1 milyon 260 min dollar qarşılığında ölkə vətəndaşlığına sahib olmaq mümkündür.

6. Makedoniya:  40 min avroluq daşınmaz əmlak alan xarici vətəndaşlara bir illik oturma icazəsi, 400 min avro dəyərində investisiya yatırana və ən azı 10 işçini işlə təmin edənə vətəndaşlıq verilir.

7. Sent-Kids: Hökumət tərəfindən təsdiqlənən layihələrə 400 min 1 milyon dollar arası investisiya yatırtmaq lazımdır.

8. Uruqvayda vətəndaşlıq almaq üçün investisiya lazım deyil, ancaq bir nəfər üçün aylıq 1200 dollar tələb edilir. Öncə müvəqqəti yaşamaq, üç il sonra vətəndaşlıq verilir.

9. Albaniya: Ölkəyə 200 min dollar investisiya yatırdan iş adamları vətəndaşlıq hüququna yiyələnir.

10. Avstraliya: 4,7 milyon dollarlıq kapitalla investor vizası alan bölgəyə yerləşə bilər.

11. Bolqarıstan: Ən azı bir il daimi oturma icazəsi olan və 1 milyon leva (1,2 milyon dollar) qarşılığında və investisiya yatırdan əcnəbilərə vətəndaşlıq verilir.

12. İngiltərə: Beş il ərzində Böyük Britaniya ərazisində 1 milyon funt-sterlinq məbləğində sərmayə qoyanlar vətəndaşlıq hüququ qazanır.

13. İspaniya: 160 min avro qarşılığında oturma icazəsi və AB daxilində sərbəst səyahət və iş imkanı tanıyır. 

14. Latviya: Vətəndaşlıq almaq üçün kəndyanı sahələrdən 71500 avro məbləğində, ya da böyük şəhərlərdən 143 min avro məbləğində daşınmaz əmlak almaq kifayətdir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol