Putin yeni maşınıyla gündəmə gəldi - ŞOK QİYMƏT

Alman şirkəti "Porsche Engineering" Rusiya Prezidenti Vladimir Putin üçün sifarişlə yeni avtomobil hazırlayır.
ANN.AZ Qaynar.info-ya istinadən xəbər verir ki, 800 at gücündə olacaq 12 silndirli zirehli limuzinin çəkisi 6 tondur. Onun öz ölçülərinə görə dünyanın ən böyük minik avtomobili olacağı bildirilir. Bu avtomobil Rusiyanın dövlət büdcəsinə 180 milyon dollara başa gələcək.Prezident limuzini üzərində işlərin 2016-cı ildə tamamlanacağı gözlənilir.ANN.Az
























