• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynanı silahla təmin edə bilər - Müzakirələr

ABŞ Ukraynanı silahla təmin edə bilər - Müzakirələr
28.11.2014 10:43

ABŞ vitse-prezidenti Co Bayden Rusiyanın Ukraynadakı təcavüzünü tənqid edib, lakin ABŞ-ın Ukraynanı öldürücü silahla təmin etməsi barədə danışmayıb. O, bu sözləri prezident Petro Poroşenko ilə görüşün daxil olduğu Ukrayna səfəri başa çatmamış bildirib. Lakin vitse-prezident bildirib ki, ABŞ Ukraynanın silahla təchizatını müzakirə etməlidir.

 

Ukrayna prezidenti Petro Poroşenko ilə görüş zamanı vitse-prezident Co Bayden deyib ki, Rusiyanın Ukraynadakı zorakılığı sentyabrda imzalanmış atəşkəs razılaşmasının "açıq-aşkar pozulmasının” işarəsidir.

 

"Biz Rusiyadan daha da təhrikedici hərəkətlərə və yaxın zamanlarda Rusiyanın imzaladığı razılaşmaya qarşı açıq-aşkar hömətsizliyə şahid olmuşuq” - ABŞ vitse-prezidenti bildirib.

 

ABŞ və digər Qərb dövlətləri Rusiyanı Ukraynada fəaliyyət göstərən rusiyapərəst separatçıları silah və qoşunlarla təmin etməkdə ittiham edir.

 

Amerika Birləşmiş Ştatları Ukraynaya dəstəyini qeyri-letal silah və nəqliyyat vasitələri ilə məhdudlaşdırıb. Lakin Milli Təhlükəsizlik müşavirinin müavini Toni Blinken bildirib ki, Ukraynanı ölümcül silahla  təmin etmə məsələsi aradan qaldırılmayıb və bu mövzu ilə əlaqəli müzakirələr davam edir: "Bu məsələ hələ də masadadır. Biz hələ də müzakirələr aparırıq.”

 

Blinken Senat panelinə bildirib ki, Rusiyanın Ukraynadakı zorakılığı daha kəskin reaksiya tələb edir.

 

"Rusiyanın imzaladığı Minsk sazişini ciddi şəkildə pozduğunu nəzərə alsaq, onları gələcək zorakılıqlarının qarşısını almağın yeganə yolu Ukrayna qüvələrinin gücünü artırmaq, onları ölümcül müdafiə silahları və avadanlıqları ilə təmin etmək lazımdır" - deyə cənab Blinken vurğulayıb.

 

Blinkenin mövqesini dəstəkləyənlər də var. Respublikaçı konqresmen Stiv Stokman bildirib ki, Ukrayna özünü müdafiə etməlidir: "Ukraynada baş verən hadisələri görmək üçün şəkillərə baxmaq çox vacibdir, lakin insanlar artıq orada baş verən hadisələrə baxa bilmir. Və biz hələ də susuruq. Bir milləti müdafiə silahları olmadan müdafiə etmək mümkün deyil”.

 

Lakin Rusiya-Ukrayna tədqiqatçısı Kyis Darden bildirir ki, Ukrayna hökümətinin problemi onun hərbi texnikasında yox, daxili strukturundadır.

 

"Ukrayna dövlətini gücləndirmək onları Amerika silahları ilə təmin etmək deyil, çünki Ukrayna özü silah istehsalçısıdır. Silah onlar üçün problem deyil” - deyə Kyis Darden bildirir.

 

Eyni zamanda Rusiya bildirib ki, ABŞ-ın Ukraynanı ölümcül silahla təmin etməsi ölkədə sabitliyi daha artıq pozacaq ("Amerikanın səsi").

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol