"Tvitter"dən istifadəçiləri hirsləndirəcək YENİLİK

Milyonlarla təqibçisi olan "Tvitter" mobil istifadəçilərini narahat edə biləcək bir tətbiqə imza atmaq üzrədir.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə nəhəngi artıq istifadəçilərin telefonlarına yüklədiyi tətbiqləri izləyəcək.Twitterin istifadəçilərin cib telefonlarına yüklədiyi tətbiqlərə göz qoymasının səbəbi isə budur: Yüklədiyiniz proqramlar "Tvitter" ana səhifəsində sizə xitab edə biləcək reklam və təkliflərlə qarşılaşmanızı təmin edəcək. Şirkətdən verilən açıqlamada şəbəkənin yalnız tətbiq adlarını alacağı və istifadəçilərin tətbiq içində nə etdiyini və ya tətbiqi necə istifadə etdiyini izləməyəcəyi bildirilib.ANN.Az
























