• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna: "Azərbaycan tərəfinin qaydalarına hörmətlə yanaşın"

Ukrayna: "Azərbaycan tərəfinin qaydalarına hörmətlə yanaşın"
28.11.2014 12:20
Ukraynan Xarici İşlər Nazirliyi (XİN) ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə qulaq asmağa və Azərbaycan tərəfinin Dağlıq Qarabağa giriş qaydalarına hörmətlə yanaşmağa çağırıb. Bu barədə Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynis “1+1” kanalının “15 respublika” verilişinin yayımı ilə bağlı Azərbaycan səfirliyinin Ukraynaya nota təqdim etməsinə dair “Ukrinform”a şərhində bəyan edib.

Perebiynis deyib: "Biz, əlbəttə, Azərbaycan tərəfini məlumatlandırmışıq ki, saytımızda (proqramda) barəsində söhbət gedən regionlara səfər etmək üçün Azərbaycanın müvafiq orqanlarına müraciətin vacibliyi barədə aydın şəkildə yazılmış tövsiyələr var. Və biz daim bütün jurnalistləri həmin normalara dəqiq əməl etməyə çağırırıq".O qeyd edib ki, jurnalistlər tərəfindən Azərbaycan Respublikasının qaydaları pozulub, eləcə də Ukrayna XİN-in özünün tövsiyələrinə etinasızlıq göstərilib: "Bu, özəl kanaldır, biz əlbəttə ki, özəl kanallara hansısa göstərişlər verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri həmin normalara əməl etməyə çağırırıq. Müvafiq olaraq, biz öz mövqeyimizi bir daha kanal rəhbərliyinə çatdıracağıq".Çərşənbə günü Azərbaycanın Ukraynadakı səfirliyi öz saytında Ukrayna XİN-ə jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və "1+1" televiziya kanalının Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar nota göndərilməsi barədə məlumat verib. Notada Azərbaycan səfirliyi qeyd edib ki, bu proqram "Azərbaycan Respublikasının ictimai-siyasi sistemini ləkələyir, müstəqillik illəri ərzində əldə olunan uğurlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və səbəbləri təhrif edilir". Proqramın Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vurduğu qeyd edilir. //trend.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol