• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook şəxsi məlumatları satacaq - YENİ QAYDALAR

Facebook şəxsi məlumatları satacaq - YENİ QAYDALAR
28.11.2014 21:20
Dünyanın 1 nömrəli sosial şəbəkəsi olan Facebook gələn ildən etibarən istifadəçiləri ilə yeni qaydalarla işləyəcək. Bu barədə şirkətin hər bir istifadəyə göndərdiyi  xəbərdarlıq məktubunda bildirilir. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, istifadəçilərə aid məlumatlar şəbəkənin partnyorlarına ötürülə bilər, eyni zamanda istifadəçilərin reklam görüb görməməsi onların istəyindən asılı olacaq.
 
 

Dəyişikliyə əsasən, Facebook, öz istifadəçiləri barədə müxtəlif fərdi məlumatları üçüncü şəxsə vermək hüququnu qazanacaq. Yəni artıq gələn ildən sosial şəbəkə şəxsi məlumatları üçüncü şəxsə vermək hüququna malik olacaq. Buraya istifadəçinin yeri haqqında məlumatları, habelə qeydiyyat məlumatları, status və şərhləri, paylaşdığı foto və videomateriallar, istifadəçinin dostları, hansı bank kartlarından istifadəsi, elektron ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatlar, malın çatdırılma ünvanı, ödənişlərin vaxtı, hesab nömrələri və sair şəxsi məlumatlar  daxildir.

 

Şəxsi məlumatlarınız başqalarına satılacaq

Facebook bu məlumatları reklam xidmətlərinə və analitik şirkətlərə, rabitə operatorlarına və "bizim biznesə qlobal dəstək göstərən digər tərəfdaşlarımız” kateqoriyasına daxil olanlara ötürə bilər. Administrasiya qeyd edir ki, dövlət orqanlarının nümayəndələrinə də məlumat verilə bilər- onlar tərəfindən verilən sorğu qanuni olduqda. Facebook-a 2015-cı il yanvarın 1-dən sonra qoşulanlar sosial şəbəkənin yeni istifadəçi razılaşması ilə avtomatik olaraq razılaşmış sayılacaq. Bildirlir ki, istifadəçi razılaşmasına dəyişikliklər Facebook-un kənar xidmətlərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün edilib.

 

Facebook hansı məlumatları toplayır?

Facebook administrasiyası qeydiyyat anından başlayaraq profildə qeyd olunan bütün məlumatları öz serverlərində saxlamaq hüququnu özündə saxlayır. Buraya təkcə istifadəçi məlumatları daxil deyil, həm də coğrafi mövqe, fotoşəkil və videolar, qoyulan və baxılan internet ünvanları (keçidlər), şəbəkə daxilində statuslar və şərhlər, həmçinin digər əməliyyatlarla bağlı məlumatlar daxildir.

 

Facebook istifadəçi razılaşmasını niyə dəyişib?

Yeni saziş çərçivəsində Facebook şəbəkə istifadəçiləri və müxtəlif xidmətlərin (reklam, maliyyə və s.) təchizatçıları arasında vasitəçi kimi çıxış etməyə qanuni imkan qazanır. Həmçinin, xidmətlərin (digər xidmətlərinin və hesabların yaxınlığı ilə sinxronlaşdırılması) təhlükəsizliyini təmin etmək üçün imkan qazanır. İstifadəçi razılaşması qeyd olunur ki, Facebook tərəfdaşlarının tələb etdikləri məlumatlar təhlükəsizlik standartlarına cavab verməlidirlər. Partnyorlara məxfiliklə bağlı ciddi tələblərə uyğun olan məlumatlar təqdim edilə bilər.

 

Müqavilənin dəyişdirilməsi şəbəkənin xidmətlərinə necə təsir edəcək?

Praktiki olaraq heç nə. Razılaşmanın bütün dəyişiklikləri yalnız Facebook və onun partnyorları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. İstifadəçilər yanvarın 1-dən sonra heç bir dəyişiklik hiss etməyəcəklər. (fins.az)

 

ANN.Az

 

 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol