• $
  • €
  • ₽
  • ₺
  • £

80 ilə dünya su altında qalacaq

80 ilə dünya su altında qalacaq
29.11.2014 23:58
Arktikada buz təbəqəsinin 2,6 milyon il bundan əvvəl yarandığı aşkar olunub

Barselona universiteti alimləri bu istiqamətdə tədqiqatlar aparıblar
 
Qlobal istiləşmə səbəbindən əsrin sonlarına yaxın Arktikanın buzları yayda tamamilə əriyəcək. Bununla da şimal qütbündə buzun olmadığı 4 milyon il bundan əvvəlki şərait təkrarlanacaq.
 
Bu barədə proqnoz Barselona universiteti alimlərinin iştirak etdiyi beynəlxalq tədqiqatın dərc olunmuş nəticələrində yer alıb.
 
Norveç və Britaniyalı mütəxəssislərlə birgə Şpitsbergen adasından şimal-qərb istiqamətdə dəniz dibi çöküntülərdəki daşlaşmış yosunların və mikroorqanizmlərin kimyəvi analizini aparan alimlər pliosen dövrünün (2,5-5 milyon il bundan əvvəlki dövr) iqlim dəyişikliklərini izləyə biliblər. Nəticədə Arktikada buz təbəqəsinin 2,6 milyon il bundan əvvəl yarandığı aşkar olunub.
 
 
Tədqiqatın XXI əsrin sonlarında qlobal istiləşmə şəraitində planetimizin hansı şəklə düşəcəyini müəyyənləşdirmək məqsədi daşıdığını deyən Barselona universitetinin professoru Antonio Rosell pliosen dövrünün iqlimini məhz buna görə tədqiq etdiklərini bildirib.
 
Rosellin fikrincə, tədqiqatlar alimlərə XXI əsrin sonlarında yer kürəsinin iqlimi barədə konkret təsəvvürlər əldə etməyə imkan verəcək. (AzərTAc)


ANN.Az




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol