Ukrayna ilə Luqansk arasında razılıq əldə edilib

Ukrayna ordusu və Luqansk separatçıları arasında Rusiyanın və ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlarda dekabrın 5-dən etibarən bütün cəbhə boyu atəşin dayandırılması barədə razılıq əldə edilib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, ATƏT-in Ukraynadakı müşahidə missiyası noyabrın 29-da keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Vladimir Əsgərov, Rusiya ordusunun general-leytenantı Aleksandr Sentsov, eləcə də qondarma "Luqansk Xalq Respublikası”nın nümayəndələrinin və ATƏT müşahidəçilərinin iştirak etdiyini açıqlayıb. Razılığa əsasən dekabrın 6-dan etibarən ağır hərbi texnika ön cəbhədən çıxarılmalıdır.
Qeyd edək ki, ATƏT və Rusiyanın iştirakı ilə sentyabrın 5-də Minskdə atəşkəs barədə saziş imzalanıb. Lakin Donetsk və Luqanskda separatçıların keçirdikləri "seçki”lərdən sonra vəziyyət yenidən gərginləşib və lokal toqquşmalar başlayıb.
ANN.Az