• $
  • €
  • ₽
  • ₺
  • £

Stalin kokaindən istifadə edirmiş - Tarixi sənədlər

Stalin kokaindən istifadə edirmiş - Tarixi sənədlər
03.12.2014 10:19
Arxivlər açıldıqca, tarixin uzun illər gizli qalmış bir çox məqamları üzə çıxır.

Rusiyanın İctimai-Siyasi Dövlət Arxivində 192 səhifədən ibarət "Tam məxfi” qrifi altında, üzərinə "İosif Vissarionoviç Stalinin xəstəlik tarixçəsi” yazılmış qovluq öz məxfilik ststusundan çıxarılaraq, araşdırılanda Stalin haqqında yeni mətləblərə aydınlıq gətirilib.

ANN.Az xəbər verir ki, modern.az saytı yenə tarixin Stalinlə bağlı qaranlıq səhifəsinə işıq salır.

Söhbət Stalinin xəstəlik tarixçəsindən gedirsə, qeyd etmək lazımdır ki, sovet liderinin sağlamlıq durumu hələ gənc yaşlarından o qədər də qənaətbəxş olmayıb. Sözsüz ki, gənclik yaşlarından ağır həyat tərzi, həbsxana həyatı və sürgünlər Stalinin sağlamlığında kifayət qədər dərin izlər buraxıb.

Digər bir tərəfdən Stalin tibb elminə çox da inanmayıb, həkimlərə etibar etməyib. Əsasən xalq təbabəti vasitələrindən istifadə edən rəhbər həkimlərə sərt şəkildə iradını bildirib və Gürcüstanda yaşlı insanların şərab və otlarla müalicəsinin daha üstün olduğunu söyləyib.

Əlbəttə, bütün bunlara baxmayaraq Stalinin həyatı həkim müdaxiləsi olmadan ötüşməyib. Həkimlər onun səhhəti ilə ciddi məşğul olublar, müxtəlif dərman pereparatlarının qəbulunu mütləq sayıblar.

Ara-sıra kütləvi informasiya vasitələrində Stalinin narkotik vasitələrdən istifadə etməsi vurğulanır. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması uzun illər mübahisələrə səbəb olub. Ancaq yuxarıda qeyd etdiyimiz məxfi qovluq açıldıqdan sonra bu məsələyə tam aydınlıq gətirilib.

Qovluqda Stalinin bağ evində saxlanılan dərmanlarla bağlı ayrıca bölmədə rəhbərin hansı dərmanlardan istifadə etdiyi göstərilib. Bu dərmanların siyahısında yod, validol, nitroqliserin, marqans və digər gündəlik lazım ola biləcək pereparatların olması təbii ki, normal haldır. Ancaq məsələ burasındadır ki, bu siyahıda güclü narkotik təsirə malik dionin, kodein və bu qəbildən olan digər dərmanlar da olub. Düzdür, həmin dövrdə bu dərmanlardan istifadə qadağan olunmamışdı. Amma Stalinin qəbul etdiyi dərman pereparatlarının arasında 1920-ci ildən SSRİ-də narkotik vasitə kimi istifadəsi qadağan olunmuş kokainin adı da yer alıb.

1944-cü ildə Stalinin kokain qəbul etməsini professor Vinoqradov təyin edib. Bu təyinatı əks etdirən arxiv sənədi bu günə qədər saxlanılır. Həkimin göstəriş vərəqəsində qeyd olunub:

"Hər iki saatdan bir 5 damcı kokain məhlulu burun vasitəsi ilə qəbul edilsin”.

Ehtimal olunur ki, kokain damcıları Stalinə heç də pis təsir etməyib. Çünki hər hansı bir dərmanın xoşagəlməz təsiri olduqda növbəti dəfə Stalin ondan birdəfəlik imtina edirmiş. Kokain qəbulu isə rəhbər tərəfindən müntəzəm həyata keçirilib.

Həkimlərin qənaətinə görə müntəzəm kokaindən istifadə yuxu pozğunluğuna, qıcıqlanmaya, zorakı davranışa, depressiyaya, yersiz əsəbiliyə və bir çox ağır xəstəliklərə səbəb olur.

Kim bilir, bəlkə də Stalinin qəddarlığının və amansızlığının səbəblərindən biri də hamı üçün qadağan, rəhbər üçün məqbul sayılan kokaindən istifadə olub...

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol