• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Papası Fransisin 9 maraqlı xüsusiyyəti

Roma Papası Fransisin 9 maraqlı xüsusiyyəti
03.12.2014 14:05
ANN.Az dünya mətbuatına istinadən hazırki Roma Papası Fransisin maraqlı xüsusiyyətlərini təqdim edir:

1. Kimyaçı olmaq istəyirdi

O, 1936-ci ildə Argentinada Buenos-Ayresdə dünyaya gəlib. Atası İtalyan əsilli bir dəmiryolu işçisi idi. 4 qardaşı olan Fransis dini təhsilinə başlamadan əvvəl bir kimyaçı olmaq istəyirdi. Zaman keçdi, tarixin ilk Amerikada doğulan Papası oldu.

2. 2005-ci ildə edilən Papa seçkilərində ikinci oldu
2005-ci ildə keçirilən Konklavda Papa Fransisin 40 səs topladığı ortaya çıxıb. Ancaq üçüncü turda səsləri 23-ə düşdüyü üçün seçkilərdə uduzub.

3. Fransis adını alan ilk Papa
Hər Papa vəzifəyə seçildikdən sonra özünə bir ad seçir. Papa Fransis Əziz Fransisin şərəfinə bu adı seçən ilk Papa oldu. Qəribə olan Francis eyni zamanda Yezuitlərin qurucularından birinin adıdır. Hər nə qədər Yezuitlər bu gün azad bir hərəkat olaraq tanınırsa da, Papa Fransis Yezuitin mühafizəkar üzvlərindən biri idi. Bu vəziyyət 2005-ci ildə Papa seçkilərindən əvvəl haqqında heç "gülmədi" tipli bir təbliğat aparılmasına da səbəb oldu.

4. Yezuit Təriqətinin üzvü

İqnati Loyola və Paris Universitetinin 6 tələbəsi tərəfindən 1540-ci ildə qurulan Yezuitlər Protestantlığı aradan qaldırmaq və təhsil təşkilatlarını idarə etmək məqsədiylə quruldu. Bu gün onlar daha çox müasir düşüncəli azad bir teoloji doktrinaya sahibdirlər. Yezuitlərin əksəriyyəti bu düşüncəyə sahib olsa da, bəzi üzvləri hələ quruluşun köklərinə bağlıdır. Papa Fransis bu düşüncəyə sahib olan nadir üzvlərdən biridir.

5. Mühafizəkar
Kilsənin əsl köklərinə qayıdaraq sadə bir həyat tərzinin simvol olması lazım olduğunu irəli sürdü.  Bu hərəkətə qarşı çıxan bəzi kardinallar isə belə bir çevrilişin kilsənin sonuna çıxacağını iddia etdilər. 1960-ci ildə baş tutan İkinci Vatikan Şurasında Modernizmin bəzi fikirləri Şura tərəfindən qəbul edildi. O tarixdən bu günə qədər də müasir düşünənlərlə mühafizəkarlar arasında Papalığı ələ keçirmə yarışı davam edir. Papa Fransis xələfi Benedikt kimi "mühafizəkar" qolda iştirak edən bir şəxs kimi tanınır.

6. Sosial ədalətçi
Papa Fransis sosial
bərabərsizliklərə qarşı çıxışıyla tanınır. "Malların və mülklərin ədalətsiz bölgüsü elə bir ictimai günah yaradır ki cənnət gözyaşları içərisində qalır və bir çox qardaşımızın haqq etdiyi kimi yaşamasını maneə törədir." Ancaq Papa Fransis ilk əvvəl fərdlərin xristian əxlaqına uyğun olaraq yaşamasının ictimai ədalətsizlikləri də həll edəcək təməl olduğu fikrindədir. Yəni sosial ədalətsizlikləri həll edəcək bir çox proqram, prioritet siyahısında ikinci sırada yer alır.

7. Adam qaçırdığı iddia olundu
Papa Fransisin 1970-ci illərdə Argentinada davam edən "Çirkli müharibə" adı verilən mühafizəkar hökumətlə inqilabçıların toqquşduğu dövrdə sol fikirli iki rahibi qaçırtdığı iddiası ortaya atılıdı. Amma o, iddiaların hamısını rədd etdi, haqqında da hər hansı bir məhkəmə qərarı olmadı.

8. Eynicinsli evlilik əleyhdarı
O, homoseksualların cəmiyyətdən kənarda qalmaması lazım olduğunu söyləsə də, homoseksual evliliklərə qarşı olması ilə tanınır. Argentinada homoseksual evlilikləri qanuniləşdirəcək qaydalara qarşı çıxan Papa eyni zamanda homoseksual cütlüklərin uşaq övladlığa götürməsinə də qarşıdır.

9. Təvazökar bir həyat tərzinə sahib
Argentina Kardinalı ikən ona verilən bütün imkanları rədd edir və sadə bir şəkildə bir ev kirayələyərək yaşayan Papa Fransis təvazökarlığı ilə diqqət çəkir. Kardinal olduğu günlərdə hər gün öz yeməyini özü hazırlayan, işə avtobusla gedən Papa Fransis bu xüsusiyyətiylə bir çoxlarının hörmətini qazanıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol