ABŞ "Müsəlman Qardaşlar"ı terror siyahısına salmağı rədd etdi

ABŞ "Müsəlman Qardaşlar"ın ("İhvan") terrorist kimi qəbul edilməsi üçün verilən ərizəyə mənfi cavab verib.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Ağ Ev tərəfindən verilən açıqlamada 16 ay əvvəl 200 mindən çox imza ilə verilən və "İhvan"ın terrorist siyahıya salınmasını istəyən ərizənin qəbul edilmədiyi ifadə edildi. Həmçinin ABŞ-ın heç bir şəkildə şiddətə göz yummayacağı və normal şəkildə prosesə qatılmaq istəyən qruplara yanaşmasının müəyyən olduğu da qeyd edilib.
Ərizədə "İhvan"ın keçmişində zorakı hərəkətləri olduğu və "Həmas" ilə də əlaqəli olduğu iddiasıyla terrorist siyahıya salınması istənilmişdi.
Qeyd edək ki, Misir 2013-ci ilin mart ayında "İhvan"ı terrorist qruplar siyahısına salmış, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də eyni addımı atmışdı.
ANN.Az