• $
  • €
  • ₽
  • ₺
  • £

Kralın şəklini cıran qıza 3 il iş verildi

Kralın şəklini cıran qıza 3 il iş verildi
06.12.2014 12:48
Bəhreyndə kral Həmədin şəkilini cırdığına görə demokratik fəal Zeynəb əl-Xavaca 3 il azadlıqdan məhrum edilib. Lakin gənc qız  apellyasiya şikayəti verilənə kimi cərimə ödəyərək azadlıqda qala bilər.
 
Publika.az-ın məlumatına görə, ölkənin tanınmış dissident ailəsinin üzvü olan xanım Xavaca gələn həftə başqa ittihamlarla məhəkəmə qarşısına çıxarılacaq.
 
Amnesty International təşkilatı isə Zeynəb əl-Xavacanın həbs olunacağı təqdirdə onun "vicdan məhbusu” tanınacağını bildirib.
 
"Dövlət başçısının şəklinin cırılması kriminal cinayət sayılmamaldır”, - insan hüquqları üzrə kampaniya təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Said Boumedouha deyib. Amnesty International Zeynəb əl-Xavacanın sonuncu hökmü də daxil olmaqla fəala qarşı çıxarılan hökmlərlə ittihamların ləğvinə səsləyib.
 
Bəhreyn və Danimarka vətəndaşı olan Zeynəb əl-Xavaca 2011-ci ildə demokratikləşmə çağırışları ilə başlayan etirazlardan sonra bir neçə dəfə saxlanılıb.
Polisi təhqir etmək və qeyri-qanuni nümayişdə iştirak ittihamı ilə təxminən bir il həbsdə qalan fəal fevral ayında azadlığa buraxılıb.
 
Xəbərlərə əsasən, Bəhreyn ədliyyə sisteminə hökumətin nəzarət etdiyini hesab edən Zeynəb əl-Xavaca apellyasiya verməkdən imtina edib. O həmçinin zəmanətə çıxmaq haqqını ödəmək istəməyib.
Ötən həftə məhkəmə, polisi təhqir etməkdə təqsirləndirilən Zeynəb əl-Xavacanın kiçik bacısı Məryəmə qiyabi şəkildə bir illik həbs cəzası kəsib.
Zeynəb əl-Xavacanın atası Abdulhədi əl-Xavaca isə 2011-ci ildəki hökumət əleyhinə etirazlarda iştirakına görə ömürlük azadlıqdan məhrum edilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol