• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Qərbi vahiməyə salıb

Türkiyə Qərbi vahiməyə salıb
28.05.2020 21:58
Siyasi şərhçi: "Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhdiddir"

Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhlükədir.

ANS PRESS-in məlumatına görə, bu fikri "Atlantic Sentinel"in informasiya-analitik saytının baş redaktoru, şərhçi Nika Ottensa deyib.

O bu mövzuda yazdığı məqalədə vurğulayıb ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan dekabrın 1-də iki ölkə arasında energetika sahəsində əlaqələrin genişlənilməsi haqqında danışıblar. Rusiya-Türkiyə münasibətləri problem olaraq qalır, amma əməkdaşlığın perspektivi Qərb üçün strateji təhlükə təşkil edir.

V.Putin Ankarada mətbuat konfransında bildirdi ki, Türkiyə üçün növbəti ildə qazın idxalında 6 faiz endirim olacaq. O, həmçinin planlaşdırılan "Cənub axını" boru kəməri layihəsindən imtina etdiklərini söylədi, hansı ki, Rusiya qazı Avropaya Qara dənizin dibi üzrə getməli idi. Bunun əvəzinə boru kəməri Türkiyə istiqamətinə yönəldiləcək.

Onun sözlərinə görə, ancaq Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması energetika təhlükəsizliyindən başqa, Avropa üçün təhdid təşkil edir. Türkiyə NATO-un cənub-şərq lövbəri olan Qara dənizdə Rusiyanın iddialarının yoxlanılmasına xidmət edir. Çünki, Türkiyə Dardanel boğazına nəzarət edir və ona görə də Aralıq dənizində NATO hakimiyyətinin möhkəmlənməsində Rusiyaya mane ola bilər.

Türkiyə, həmçinin Qafqazda qərb yönümlü respublikalara, əsasən Gürcüstana, az dərəcədə də olsa, Azərbaycana Avropa ilə münasibətlərin dərinləşdirməsinə icazə verir.

Şərhçi belə bir xatırlatma da verib: "Rusiya-Türkiyə koalisiyası, əksinə, Rusiyaya Qara dənizdə və Qafqazda dominant rol oynamağa imkan verəcək. Bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Zbiqnev Bzejinski 15 il əvvəl "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri" yazısında xəbərdarlıq edib. O proqnozlaşdırıb ki, Türkiyənin təkamülü və oriyentasiyası Qafqaz dövlətlərinin gələcəyi ilə bağlı olacaq."

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol