• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyada yaşayan azərbaycanlılar geri qayıdacaq”

“Rusiyada yaşayan azərbaycanlılar geri qayıdacaq”
08.12.2014 13:58
"Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar dəyişdirilsin”.
 
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov söyləyib.
 
O, Rusiyada böhranın dərinləşəcəyi təqdirdə azərbaycanlıların geri dönəcəyini bildirib:
 
"Rusiyada davam edən böhran daha da dərinləşməyə doğru gedərsə, bu, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasına səbəb ola bilər. SWIFT sistemi tətbiq olunsa, Rusiya məcbur olacaq ki, əmək miqrantlarına pulu nağd şəkildə ölkədən çıxarmasına şərait yaratsın. Çünki əks təqdirdə qazandıqları pulu ölkələrinə göndərə bilməyən miqrantların burada işləmək marağı olmayacaq. Hazırda oradakı miqrantların yarısı qazandıqları pulları ya nağd şəkildə, ya da banklar vasitəsilə ölkəyə gətirir. Bu qadağa tətbiq olunduqdan sonra isə miqrantların pulları nağd şəkildə gətirməsi prosesinə start veriləcək”.
 
İqtisadçı SOCAR-ın Rusiyadakı əmlakını satmalı olduğunu deyib:
 
"SWIFT sisteminin tətbiqi SOCAR-a da mənfi təsir göstərəcək. Azərbaycan Neft Fondunun valyuta ehtiyatlarının bir qismi rublla saxlanılır. Həmçinin Neft Fondu VTB bankında 2,9% səhmə sahibdir. Sözsüz ki, bu sistemin tətbiq edilməsi Rusiya banklarının səhmlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. SOCAR Rusiyada mülkiyyətə sahibdir. Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar dəyişdirilsin. Səbəb isə budur ki, sanksiyalar tətbiq edilən zaman rublun qiymətdən düşəcəyi öncədən proqnozlaşdırılmışdı. Eyni zamanda, Rusiyada olan əmlakın satılması məsələsinə baxmalıdır. Rusiya Avropa Birliyinə qarşılıqlı olaraq sanksiyaların ləğv edilməsini istəmişdi. Lakin Avropa Birliyinin bu sahədə fikri birmənalıdır. Yəni yalnız Krımdan rus qoşunları çıxarıldıqdan sonra sanksiyaların mərhələli azaldılması müzakirə edilə bilər. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatında problem dərinləşəcək. Ona görə də Rusiyada olan vəsaitin zamanında geri çəkilməsi prosesinə start verilməlidir”.
 
Qeyd edək ki, Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bir müddət öncə verdiyi bəyanatında Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması barədə ABŞ-ın apardığı müzakirələrin müsbət yekunlaşacağı təqdirdə, bu sanksiyanın müharibə kimi başa düşüləcəyini demişdi.
 
Onu da xatırladaq ki, SWIFT ümumdünya banklararası telekommunikasiya sistemidir. Gün ərzində bu sistemdən orta hesabla 6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol