• $
  • €
  • ₽
  • ₺
  • £

Satışa çıxarılan Nobel mükafatını kimin aldığı bəlli olub - FOTOLAR

Satışa çıxarılan Nobel mükafatını kimin aldığı bəlli olub - FOTOLAR
29.05.2020 07:39
DNT-nin quruluşunu kəşf etdiyi üçün 1962-ci ildə Nobel mükafatı alan amerikalı elm adamı Ceyms Uatson keçən həftə mükafatını satmışdı. ANN.Az xəbər verir ki, mükafatı satın alan rusiyalı iş adamı Alişer Usmanov olmuşdu. Bu günlərdə o, "Mükafat  Uatsonun haqqdır" -  söyləyərək onu geri qaytaracağını bəyan edib.
 
Uatson, DNT-nin ikiqat spirallı quruluşunu kəşf etdiyi üçün 1962-ci ildə layiq görüldüyü Nobel mükafatınin qızıl medalını ötən həftə Nyu Yorkdakı Christies hərrac evində açıq satışa çıxarmışdı. Mükafat, 4.8 milyon dollara alıcı tapmışdı.
 
Telefonda verdiyi son təkliflə mükafatı satın alan şəxsin adı isə açıqlanmamışdı.
 
Rus iş adamı Usmanov yazılı açıqlamasında Nobel mükafatını satın alan şəxsin özü olduğunu bəyan edib.
 
Uatson mükafatı maddi çətinliklər səbəbindən satışa çıxardığı bildirmişdi. Həyatda olan Nobel mükafatçısınin öz medalını satışa çıxarması dünyada birinci dəfə idi.

86 yaşlı Uatson satışdan əldə etdiyi qazancın bir hissəsini yardım fondlarına və elm sahəsindəki işlərə bağışlayacağını bildirmişdi.
 
Mükafatı satın alan rusiyalı iş adamı Usmanov  - "Mənim düşüncəmə görə, yüksək səviyyəli bir elm insanının uğurlarının təqdiri olaraq verilən bir medalı satmaq məcburiyyətində qalması qəbul edilməzdir" -  deyib.
 
Usmanov açıqlamasında əlavə edib ki: "Ceyms Uatson insanlıq tarixinin ən böyük bioloqlarından biridir və DNT quruluşu ilə bağlı kəşfinə verilən mükafat ona məxsus olmalıdır".
 
"Forbes" jurnalına görə əmlakı 15.8 milyard dollara çatan Usmanov həmçinin ingilislərin "Arsenal" futbol komandasının da səhmdarlarındandır. Usmanov keçən il "Sunday Times" qəzeti tərəfindən İngiltərənin ən varlı adamı elan edilmişdi.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol