• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslar Avropanı qorxuya saldı

Ruslar Avropanı qorxuya saldı
12.12.2014 18:45
Polşanın müdafiə naziri Tomaş Simonyak Rusiyanın son vaxtlar Baltik dənizində hərbi fəallığının artmasından narahat olduğunu, lakin heç bir hücum təhlükəsinin gözlənilmədiyini söyləyib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın Baltik dənizində fəallığının artması bir sıra Şərqi Avropa ölkələrində narahatlıq doğurur.

Polşalı nazir deyib ki, bir neçə gündür Rusiyanın Baltik donanmasından Baltik dənizi üzərinə uçuşlar artıb. Bizi hələlik heç bir hücum təhlükəsi gözləmir. Bu fəallıq növbəti hücum hazırlığı xarakteri daşımır.

Hollandiya F-16 qırıcıları dekabrın 8-də Baltik dənizi üzərində 30 Rusiya hərbi təyyarəsi, həmçinin 2 bombardman təyyarəsi aşkarlayıblar. Bundan 1 gün sonra isə Norveç ordusu Rusiya qırıcı təyyarələrindən birinin Norveç təyyarəsinin yanından keçdiyini açıqlayıb. Bu ilin martında Rusiyanın Krımı ilhaqından sonra Polşa, Estoniya, Litva, Latviya kimi Baltik ölkələri gərginlik içində yaşayır.

Xatırladaq ki, Ukraynada münaqişənin başladığı səkkiz ayda 4300 nəfər ölüb, milyonlarla insan didərgin düşüb. Şərqi Avropa ölkələrini arxayın etmək üçün NATO bölgəyə daha çox hərbi gəmi və heyət göndərib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol