• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Kılıçdaroğlu: “Hülya Afşar sənətçi deyil, yaltaqdan sənətçi olmaz”

Kamal Kılıçdaroğlu: “Hülya Afşar sənətçi deyil, yaltaqdan sənətçi olmaz”
15.12.2014 18:44
Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu məşhur aktrisa və maqazin ulduzu Hülya Afşarı sərt tənqid edib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri K. Kılıçdaroğlu H. Afşarın onu məhkəməyə verməsi barədə jurnalistlərin sualını cavablandırıb.
 
K. Kılıçdaroğlu "Hülya Afşar kimdir ki? Onun sənətçi olub-olmadığı mübahisəlidir. Yaltaqdan sənətçi olmaz. Sənətçi əsən rüzgara görə əyilməməlidir və duk durmalıdır”, - deyə söyləyib. 
 
Xatırladaq ki, H. Afşar ötən həftələrdə cəmiyyətdə mübahisə mövzusu olan 1100-dən çox otaqdan ibarət yeni prezident sarayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra jurnalistlərə açıqlamasında sarayda elə bir ehtişam görmədiyini və onun sadə bir iqamətgah olduğunu bildirib. K. Kılıçdaroğlu isə R. T. Ərdoğanın daxili siyasətə qarışmasını tənqid edərkən "otursun öz sarayında. Bir tərəfində Hülya Afşarı da oturda bilər” demişdi. H. Afşar bu sözləri təhqir sayaraq məhkəməyə müraciət edib və K. Kılıçdaroğlundan 50 min lirə təzminat tələb edib.     

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol