Yeni İl şənlikləri qadağan edildi

Qərbi Afrika ölkələrindən Sierra-Leonedə Ebola ucbatından Yeni İl şənlikləri qadağan edilib.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Ebola virusunun vurduğu Qərbi Afrika ölkələrindən Sierra Leonenin Dövlət Başçısı Ernest Bai Koroma xalqa səslənib. O, çıxışında Ebola ilə mübarizə məqsədilə yaxınlaşan Yeni İl əvvəlində ölkədəki bütün gecə klubları, restoran və ictimai yerlərdə toplu festival, əyləncə və bənzər mərasimlərin qadağan edildiyini açıqlayıb.
Kilsələrdəki bütün mərasimlərin də ləğv edildiyini söyləyən Koroma yalnız 31 dekabr Milad günü kilsələrdə mərasim keçirilməsinə icazə veriləcəyini dilə gətirib.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Sierra-Leone, Qvineya və Liberiyada Ebola 6 min 533 insanı öldürüb.
ANN.Az