• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili: "Əslində prezidentə bu pasport ömürlük verilməlidir"

Saakaşvili: "Əslində prezidentə bu pasport ömürlük verilməlidir"
18.12.2014 23:45
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili cümə axşamı Strasburqda gürcü jurnalistlərə bildirib ki, Avropa parlamentinin yaxın saatlarda Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişinin təsdiq olunacağı  iclasına adi vətəndaş kimi gəlib.

O bildirib ki, təəccüb hissi ilə Gürcüstan XİN-nin onun prezident pasportunu ləğv etdiyini öyrənib.

"Mənim Strasburqa uçduğum təyyarənin məxsus olduğu aviaşirkətdən prezident pasportumun ləğv olunduğunu bildirdilər. Lakin əslində prezidentə bu pasport ömürlük verilməlidir. Bu hal mənim uçuşuma heç bir şəkildə təsir göstərməyib”, - deyə, Saakaşvili bildirib.

Gürcüstanın Baş prokurorluğu cari ilin iyulunda bir neçə iş üzrə Saakaşvilinin barəsində cinayət araşdırmasına başlayıb və onu daxili axtarışa verib. İnterpol hələlik gürcü prokurorluğunun keçmiş prezidenti beynəlxalq axtarışa vermək barədə xahişini təsdiq etməyib. //oxu.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol