Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Viza ləğv edildi

Bosniya və Herseqovina 10 ölkə ilə vizanı aradan qaldırdı. Onların arasında Azərbaycan da var.
ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.
Məlumata görə, Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn,Baham adaları, Barbados, Saint Kitts və Nevis ilə Seyşel adalarının vətəndaşları Bosniya Herseqovinaya vizasız səyahət edə biləcəklər.
Vətəndaşlar 90 gün ölkədə qala bilərlər.
ANN.Az
























