• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın almaq istəyənlərə şad xəbər: Su qiymətinə

Maşın almaq istəyənlərə şad xəbər: Su qiymətinə
19.12.2014 16:14
"Priora” cəmi 7 min manata.

Dağıstanda (Rusiya Federasiyası) avtomobil satışı mərkəzləri həm yerli, həm də xarici istehsal olan avtomobillərə tələbatın kəskin artdığını qeyd edirlər.

ANN.Az Oxu.Az-a istinadən xəbər veirr ki, avtodilerlər öz xarici avtomobil ehtiyatlarını satmağa başlayıblar və gələn ilin mayınadək yeni maşın tədarükünün olmayacağından ehtiyat edirlər.  

Rusiyanın valyuta bazarında tərəddüdlərin başlaması ilə yeni avtomobillərə kütləvi tələbat yaranıb. "Yaxın vaxtlarda çətin ki, avtomobil gətirilsin, amma Rusiyada anbarlar boşalıb. Alıcıların əsas axını bu həftə müşahidə olunmağa başlayıb. Görünür insanlar düşünüblər ki, qiymətlər iki dəfə bahalaşacaq və mağazalara axışıblar. Qiymətlər həqiqətən də hər gün bahalaşırdı. Bir çoxları avtomobil almaq üçün artıq pul ödəməyə hazır idi”, - deyə, Mahaçqalanın "Vostok-avto” avtosalonunun meneceri bildirib.
 
Şahidlər həmçinin bildirirlər ki, son iki gündə Mahaçqalaya Azərbaycan vətəndaşlarının kütləvi axını müşahidə olunur və onlar aktiv şəkildə Rusiya avtomobillərini satın alırlar. Azərbaycanlıların ən çox üstünlük verdikləri "Priora” avtomobilidir. Son günlər avtomobilin qiyməti rekord həddə - 600 min rubla çatıb (7 min 740 Azərbaycan manatı). Eyni zamanda Azərbaycanda bu modeldən olan avtomobillərin qiyməti 9 min 400 – 11 min manat arasında dəyişir (komplektasiyasından asılı olaraq). Hazırda Dağıstanın avtomobil salonlarında "Priora” markalı yeni avtomobil demək olar ki, qalmayıb.

Qeyd edək ki, son aylar Rusiya valyutası olan rublun digər valyutalar, o cümlədən Azərbaycan manatına nisbətdə ucuzlaşması müşahidə olunur.  

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol