• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ə qoşulan məşhur qızlar öldürüldü - FOTOLAR

İŞİD-ə qoşulan məşhur qızlar öldürüldü - FOTOLAR
29.05.2020 06:18

BMT-nin xüsusi nümayəndəsi bu ilin yaz aylarında İŞİD-ə qoşulmaq üçün Vyanadakı evlərini tərk edən avstriyalı qızların öldürülməsi barədə məlumat yayıb. 

ANN.Az-ın "DailyMail"ə istinadən xəbərinə görə, Bosniyadan olan mühacirlərin qızları olan 17 yaşlı Samra Kesinoviç və 15 yaşlı Sabina Selimoviç aprel ayında Suriyaya döyüşməyə getdiklərini məktub şəklində valideynlərinə yazaraq, yoxa çıxmışdılar. Onlar birinci təyyarə ilə Türkiyənin paytaxtı Ankaraya, oradan da Suriya sərhədindəki Adana getmiş, ondan sonra da izlərini itirmişdilər. 

BMT rəsmisi açıqlamasında onların konflikt zamanı öldürüldəklərini bildirib. 

Belə güman edilir ki, onlar Suriyaya çatan kimi ərə veriliblər. 

Bir müddət əvvəl Fransanın "Paris Match" nəşrinə SMS vasitəsilə müsahibə verən Sabina onun Suriyada çətin həyat yaşadığı barədə iddiaları rədd etmiş, əksinə burada yaşamaqdan həzz aldığını, Avstriyada əməl edə bilmədiyi dini ayinlərə Suriyada azad şəkildə riayət etdiyini bildirmişdi. 

Suriyada cihadçıların tərkibində 130 avstriyalının olduğu deyilir. Onların çoxu Rusiya-Çeçen müharibəsi dövründə Avropa ölkəsinə mühacirət etmiş qafqazlılardı. 

Avstriyanın daxili işlər naziri Aleksandr Marokovits açıqlamalarının birində bildirib ki, gənclər arasında cihadçılara qoşulmaq istəyənlərin sayından narahatlıq duyur. Nazir açıqlamasında belə deyib: "Əgər biz onları ölkəni tərk etməzdən əvvəl saxlaya bilsək, onların valideynləriylə danışa bilsək, onları radikal hərəkətlər etməkdən çəkindirəcək təsisatlarla işləyə bilsək, onları ziyanlı təsirlərdən xilas edə bilərik. Onlar ölkəni tərk etməyə müvəffəq olanda, bir daha geri qayıtmaları demək olar ki, mümkünsüz olur". 

Avstriyada gənclərə radikal təsir etməkdə və onları İŞİD-ə qoşulmağa yardım etməkdə təqsirləndirilən Əbu Tejma ləqəbli Mirşad adlı şəxs həbs edilib. Bosniyadan olan və Vyanada yaşayan Mirşad öldürülən iki yeniyetmə qıza da təsir etməkdə günahlandırılır. İmam ona yönələn iddiaları inkar edir və günahsız olduğunu bildirir. 

ANN.Az
 






Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol