• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Şimali Koreyaya hücuma hazırlaşır

ABŞ Şimali Koreyaya hücuma hazırlaşır
20.12.2014 11:41
Obama: "Bəzi diktatorların ABŞ-da senzura tətbiq etməsinə icazə verə bilmərik"

"Şimali Koreyayanın "Sony" şirkətinə qarşı kiber hücum və təhdidlərinə cavab verəcəyik".

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti barak Obama Ağ Evdə keçirdiyi illik mətbuat konfransında deyib. O bildirib ki, "Sony" şirkətinin "Müsahibə" filminin nümayişini təxirə salması qərarı düzgün addım deyil:

"Şirkət kaş əvvəl mənimlə danışsaydı. "Sony"ə bu addımı atmamalarını söyləyərdim. Bəzi diktatorların ABŞ-da senzura tətbiq etməsinə icazə verə bilmərik. Bəzilərinin bir filmə görə insanları qorxutmasına icazə verilsə, xəyal edin xoşlanmadıqları bir sənədli film və ya xəbər gördüklərində nə etməyə başlayarlar?", - deyə ABŞ prezidenti bildirib.

Obama bildirib ki, Şimali Koreyaya lazımi cavab veriləcək. Prezident bu cavabı özlərinin müəyyən etdiyi zamanda veriləcəyini qeyd edib. 

Qeyd edək ki, ABŞ təhlükəsizlik orqanları "Sony"ə kiber hücumların təşkil olunduğunu və bunun arxasında Şimali Koreyanın dayandığını deyib. Bundan sonra şirkət təhlükəsizlik səbəbindən Şimali Koreya lideri Kim Çen Ina qarşı uydurma sui-qəsd haqda olan "Müsahibə" filminin nümayişini təxirə salıb.

"Müsahibə” filminə görə Sony Pictures şirkətinin kompüter sisteminə edilmiş hücum on minlərlə sənədin sızmasına və terror hücumlarının təhlükəsizliyinin artmasına səbəb olub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol