• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ BP-ni məhkəməyə verdi

ABŞ BP-ni məhkəməyə verdi
20.12.2014 14:05
Şirkətin 16-18 milyard dollar cərimələnməsi istənilir

ABŞ hakimiyyəti 2010-cu ildə Meksika körfəzində baş vermiş qəzaya görə Britaniyanın BP neft şirkətinin 16-18 milyard dollar məbləğində cərimə edilməsi iddiası ilə məhkəməyə müraciət edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, sənədə əsasən BP-nin fəaliyyətsizliyi ucbatından ABŞ tarixində ən böyük neft dağılması hadisəsi baş verib: "Ona görə də şirkət ABŞ qanunları ilə cəzalandırılmalıdır" .

Bundan başqa, ABŞ qəzalı quyunun ortağı, layihədə 25 faiz payı olan "Anadarko" şirkətinin bir milyard dollar cərimlənməsini istəyib.

2014-cü ilin sentyabrında hakim Karl Barbe BP-ni "laqeydlikdə " ittiham edərək, qərarda bildirib ki, Meksika körfəzində baş verən qəzanın günahının 67 faizi BP-nin, qalanı İsveçrənin "Transocean", ABŞ-ın " Halliburton" şirkətlərinin üzərinə düşür.
Xatırladaq ki, bu qəza 2010-cu il aprelin 20-də baş verib. Hadisə nəticəsində 11 nəfər ölmüş, yüz minlərlə ton neft dənizə axmışdı.

İndiyə kimi BP bu istiqamətdə artıq 42 milyard dollar xərcləyib. Bura dəyən ziyanla bağlı kompensasiyanın ödənilməsi, dövlət cərimələri, eləcə də körfəzə dağılan neftin təmizlənməsi xərci daxildir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol