• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD əsirlərin orqanlarını satır

İŞİD əsirlərin orqanlarını satır
21.12.2014 12:00
 İŞİD terror qruplaşması həkimlərdən nəinki ölmüş silahlıların, həmçinin uşaqlar da daxil olmaqla sağ əsirlərdən orqanlarını çıxarmağa məcbur edirlər.

Bu barədə Daily Mail iraqlı həkimlərə istinadən məlumat yayıb.
 
Məlumata görə, silahlılar insan orqanlarının satışından böyük mənfəət əldə edirlər. Orqanların çıxarılması İraqın şimalında İŞİD-in nəzarətində olan Mosul şəhərinin  xəstəxanalarında həyata keçirilir.  
 
"Əməliyyatlar xəstəxanalarda keçirilir, orqanlar qara bazara çıxarılaraq satılır. Orqanlar nəinki ölmüş silahlılardan, həmçinin yaralı və sağ əsirlərdən də götürülür”, deyə "Əl Monitor news” nəşrinin hazırladığı hesabatda qeyd olunur.   
 
Hesabata əsasən, çıxarılan orqanlar Səudiyyə Ərəbistana və Türkiyəyə ötürülür.
 
Hesabatda, həmçinin, İŞİD silahlılarının Əfqanıstanda istehsal olunmuş heroinin qaçaqmal yolu ilə Avropaya çatdırılmasını təmin etdikləri bildirilir. Belə ki, hesabatın müəllifləri Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinə istinadən iddia edirlər ki, İŞİD  Əfqanıstan heroininin Avropaya tədarükünün yarısını təmin etməklə böyük məbləğdə gəlir edir.   
 
APA
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol