• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlara bu yerlərdə işləmək qadağan olunacaq

Qadınlara bu yerlərdə işləmək qadağan olunacaq
23.12.2014 14:10
Azərbaycanda hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerləri müəyyən olunacaq.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, "Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericliyində dəyişiklik edilməsi gözlənilir.

Nazir əlavə edib ki, "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur. Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq.

S.Müslümov deyib ki, sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin sistemli şəkildə qurulması üçün yaradılacaq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi isə daha təkmil variantda hökumətə təqdim olunub.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol